Pedaqoji Universitetin magistraturasına 30 ixtisaslaşma üzrə qəbul aparılır

   Pedaqoji Universitetin magistraturasına 30 ixtisaslaşma üzrə qəbul aparılır
  21 İyun 2024    Oxunub:993
Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) 2024/2025-ci tədris ili üçün magistratura səviyyəsinə sənəd qəbulu elan edir
AzVision.az xəbər verir ki, Pedaqoji Universitetdə magistratura səviyyəsi üzrə kadr hazırlığı Azərbaycan və rus bölməsi üzrə əyani formada həyata keçirilir. Həmçinin bu ildən Pedaqoji Universitetdə magistratura səviyyəsi üzrə təhsildə qiymətləndirmə və monitorinq (SABAH) və menecment (Ali təhsilin təşkili və idarə olunması) (SABAH) ixtisaslaşmalarına ilk qəbul aparılacaq. Beləliklə, magistrantlar ADPU-da 30 ixtisaslaşma üzrə yüksəkkeyfiyyətli təhsil almaq imkanına malik olacaqlar.

AzVision.az



Teqlər:





Xəbər lenti