Qadın sərnişinə qarşı qeyri-etik hərəkət edən şəxs saxlanılıb

Qadın sərnişinə qarşı qeyri-etik hərəkət edən şəxs saxlanılıb
  22 İyun 2024    Oxunub:1242
Bir nəfərin ictimai nəqliyyatda qadın sərnişinə qarşı qeyri-etik hərəkət etməsi ilə bağlı yayılan görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb.
Bu barədə AzVision.az -a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Araşdırmalarla həmin şəxsin 44 yaşlı Famil Mehrabov olması müəyyən edilərək saxlanılıb.

Həmin şəxsin əməlinə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar məhkəməyə göndəriləcək.
AzVision.az



Teqlər:





Xəbər lenti