Qəzzalı tələbələr: "Artıq gələcəyimiz yoxdur"
Qəzza zolağında 40 minə yaxın tələbə müharibə səbəbi ilə öz təhsil karyeralarında irəliləməkdən məhrum qalıb.
"Müharibə başlamazdan qabaq cidd-cəhdlə oxuyur, çalışırdım. Oktyabrda isə müharibə qopdu. Əksər məktəb və universitetlərin binaları xarabalığa çevrildi. Artıq gələcəyimiz, təhsil həyatımız yoxdur, lakin amalımdan əl çəkməyəcəyəm. Sığınacaqda da dərslərimi oxumaqdayam", - xanım tələbə deyib.
Firudin Həmidli
AzVision.az