Abşeron rayonunda şəhid ailələri ilə görüş keçirilib

   Abşeron rayonunda şəhid ailələri ilə görüş keçirilib
  22 İyun 2024    Oxunub:898
Abşeron Rayon İcra Hakimiyyətində rayon ərazisində yaşayan şəhid ailələri və müharibə iştirakçılarının bir qrupu ilə görüş keçirilib
AzVision.az xəbər verir ki, ənənəvi hal alan növbəti görüşdə dövlətin şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğısından söhbət açılıb.

Həmçinin şəhid ailələrinin və qazilərin müraciətləri dinlənilib, qaldırılan bir sıra məsələlər yerindəcə həllini tapıb.

Abşeron rayonunda Vətən müharibəsi şəhidlərinin doğum günlərinin qeyd olunması da ənənəvi hal alıb. Bu dəfə şəhidlər Musayev Vüsal Zakir oğlunun 28-ci, Həsənov Elşad Paşa oğlunun 43-cü, Həsənli Elçin Vaqif oğlunun 31-ci, Ələkbərov Röyal Fərmayıl oğlunun 30-cu doğum günləri qeyd olunub. Şəhid Rəhim Hüseynovun və şəhid Elsəvər Paşayevin bizə əmanət qalan övladlarının doğum günləri də yaddan çıxmayıb.

Rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev və ictimaiyyət nümayəndələri şəhidlərin doğum günlərində onların ailə üzvləri ilə birgə məzarlarını ziyarət edib, ruhlarına dualar oxuyublar.

Şəhidlərimizin keçdiyi döyüş yollundan və göstərdikləri şücaətlərdən danışılıb, onlarla bağlı xatirələr bölüşülüb.







AzVision.az



Teqlər:





Xəbər lenti