Rusiyaya qarşı bu sanksiyalar da genişləndirilir

   Rusiyaya qarşı bu sanksiyalar da genişləndirilir
  22 İyun 2024    Oxunub:973
AB səlahiyyətliləri Rusiyaya qarşı aviasiya sanksiyalarını genişləndirir
AzVision.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Məlumata görə, 14-cü sanksiya paketi çərçivəsində Rusiyanın fiziki şəxsləri, şirkətləri və strukturlarına ittifaqa üzv dövlətlərin hava məkanında şəxsi uçuşlar da qadağan ediləcək. Söhbət xüsusilə varlı rusların Avropaya uçuşlar üçün istifadə etdiyi biznes təyyarələrindən gedir.

Qeyd edək ki, Avropa Birliyi iyunun 20-də Rusiyaya qarşı yeni sanksiyalar paketinin tətbiqinə razılıq verib.

AzVision.az



Teqlər:





Xəbər lenti