Çaylarda suyun səviyyəsi artıb

   Çaylarda suyun səviyyəsi artıb
  23 İyun 2024    Oxunub:1062
Ölkə ərazisində yağan intensiv yağıntılarla əlaqədar Lənkəran-Astara bölgəsinin ərazisindən axan Lənkərançayda suyun səviyyəsi altı, Viləşçayda iki, Balakən-Şəki bölgəsi ərazisindən axan Katexçayda üç, Əyriçayda 120, Qarasuçayda 103, Qusar rayonu ərazisindən axan Qusarçayda 43, Qarabağ və Şərqi Zəngəzur bölgəsinin ərazisindən axan Bərgüşadçayda və Oxçuçayda bir, Həkəriçayda isə dörd santimetr artım müşahidə olunub.
Bu barədə AzVision.az -a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Xidmətin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev qeyd edib ki, gecə saatlarında Şəki rayonu ərazisindən axan Şinçaydan sel keçib.

"Hazırda çayda azalma müşahidə olunur", - o bildirib.

AzVision.az


Teqlər:





Xəbər lenti