Həcc ziyarəti zamanı ölənlərin sayı artdı

   Həcc ziyarəti zamanı ölənlərin sayı artdı
  23 İyun 2024    Oxunub:1016
Səudiyyə Ərəbistanında Həcc ziyarəti zamanı 1,3 mindən çox zəvvar dünyasını dəyişib. Bu barədə krallığın səhiyyə naziri Fəhd bin Abdel Rəhman əl-Cəlajel bildirib.
“Həcc zamanı ölənlərin sayı 1301 nəfər olub. Ölən zəvvarların 83%-nin müvafiq vizası olmayıb”, - nazir “Əl-İxbariyyə” dövlət telekanalına deyib. Ölümlərin böyük əksəriyyəti yaşlı insanlar arasında baş verib.

Həddindən artıq istilər zamanı zəvvarlar xroniki xəstəliklərin ağırlaşması və fiziki yorğunluq səbəbindən dünyasını dəyişib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti