Qəzzada 21 min uşaq itkin düşüb

   Qəzzada 21 min uşaq itkin düşüb
  24 İyun 2024    Oxunub:610
"İtkin düşən minlərlə uşaq, ehtimal ki, ya xarabalıqlar altında qalıb, ya İsrail qüvvələri tərəfindən saxlanılıb, kütləvi məzarlarda basdırılıb və ya ailələrindən bu, ya digər şəkildə uzaq düşüblər".
AzVision.az xəbər verir ki, bu ifadələr Britaniyada fəaliyyət göstərən "Save the Children" beynəlxalq təşkilatının bəyanatında vurğulanır.

"Qəzza zolağındakı mövcud şəraitdə hər hansı dəqiq məlumat almaq, deyə bilərik ki, qeyri-mümkündür. Hər halda, ehtimal var ki, azı 17 min uşaq ailədən kənar və nəzarətsiz haldadır. Təqribən 4 min uşağın isə aqibəti naməlumdur", - təşkilat bildirir.

Firudin Həmidli
AzVision.az


Teqlər: Qəzza   itkin   uşaqlar  





Xəbər lenti