Berbok: "İsrail və "Hizbullah" arasındakı gərginlik narahatlıq doğurur"

      Berbok:    "İsrail və "Hizbullah" arasındakı gərginlik narahatlıq doğurur"
  24 İyun 2024    Oxunub:1098
Almaniyanın xarici işlər naziri Annalena Berbok İsrail və "Hizbullah" arasında sərhədyanı toqquşmaların getdikcə intensivləşməsindən, geniş müharibəyə çevrilməsindən narahatlığını dilə gətirib.
AzVision.az xəbər verir ki, o bu barədə Avropa İttifaqına mənsub ölkələrin XİN rəhbərlərinin Brüsseldə keçirilən aylıq görüşündən qabaq mətbuata bildirib.

"Münaqişənin daha da qızışması regiondakı dinc sakinlər üçün fəalakət doğuracaq" - xanım nazir vurğulayıb.

Berbok həmçinin yaxın günlərdə Livana gedəcəyini də diqqətə çatdırıb.
Borrel: "Müharibə Livana sıçrayır"

Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel də sözügedən iclas çərçivəsində açıqlaması zamanı:

"İsrail-HƏMAS müharibəsinin Livanın cənubuna və regiona yayılması qaçılmaz hala gəlib", - söyləmişdi.

Bu ifadələrdən görünür ki, Qərb rəsmiləri Yaxın Şərqdəki müharibənin, əslində, Avropaya sıçramasından narahatdırlar.

Öz növbəsində, "Hizbullah" terror təşkilatı isə dəfələrlə vurğulayıb ki, İsrailə qarşı sərhədyanı hücumlar yalnız Qəzza zolağında müharibə başa çatdırıldıqda dayandırılacaq.

Firudin Həmidli
AzVision.az


Teqlər:     Livan   müharibə  





Xəbər lenti