İlham Əliyev Cənubi Qafqazda sülh və etimadın yaradıcısı kimi

İlham Əliyev Cənubi Qafqazda sülh və etimadın yaradıcısı kimi
  24 İyun 2024    Oxunub:594
Ötən əsrin 90-cı illərinin əvvəllərində keçmiş SSRİ-nin dağılmasından sonra bu quruluşa daxil olan digər ölkələr kimi Azərbaycan da öz müstəqilliyini əldə etdi. Qeyd edək ki, müstəqilliyimizin əldə edilməsi Azərbaycan xalqı üçün heç də asan olmadı. Bakını nəyin bahasına olursa olsun öz nəzarətində saxlamağa çalışan sovet imperiyası qoşunlarını Bakıya yeridib 1990-cı ildə 20 yanvar qırğınını törətməklə xalqın iradəsini sındırmağa və gözünü qorxutmağa çalışsa da bu baş vermədi.
Bu səbəbdən də keçmiş imperiyanın varisi olaraq Rusiya Cənubi Qafqazda işğalçılıq siyasətini yeridərək Ermənistana Azərbaycan ərazisinin 20 faizinin işğal etməsinə həm dəstək verdi, Xocalı soyqırımının baş verməsində isə demək olar ki 366-cı motoatıcı alayın iştirakı ilə bir növ iştirak etdi. Ölkə daxilindəki siyasi hərc-mərclik, ərazilərimizin işğalı və ölkənin 1 milyon qaçqın və məcburi köçkün humanitar fəlakəti ilə üz-üzə qalması o dövrdə Azərbaycanın dövlətçiliyi baxımından da təhdidlər yaradırdı. Məhz Azərbaycan xalqının Ulu öndər Heydər Əliyevi yenidən hakimiyyətə gətirməsi ilə Azərbaycan uçurumdan xilas oldu.

Ulu öndər Heydər Əliyevin dövlətin iqtisadi imkanlarını gücləndirmək üçün atdığı addımlar, eləcə də ölkə daxilində siyasi vəziyyəti tənzimləməsi Azərbaycanın öz inkişaf yolunda irəliləməsi ilə müşayiət olundu. 2003-cü ildə İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsi isə ölkəmizin gələcək inkişafı baxımından daha geniş perspektivlər açdı. Bunun nəticədir ki, 44 günlük Vətən müharibəsindən Azərbaycan qalib xalq, Azərbaycan dövləti qalib dövlət kimi çıxdı. Təbii ki, Azərbaycanın qalibiyyət əldə etməsi bir çox önəmli faktorlara söykənir. Birincisi, Azərbaycan Prezidenti İlham Əliyevin bir siyasi lider olaraq həm daxili həm də xarici siyasəti düzgün tənzimləməsi, ölkənin əsas gəlirlərinin ordunun yenilənməsi və gücünün artırılmasına yönəltməsi və Azərbaycan ordusunun hazırlıq səviyyəsinin aparıcı dünya ölkələrinin ordularının səviyyəsinə çatdırılması qarşıya qoyulan əsas məqsədlərdən biri idi ki, 44 günlük Vətən müharibəsinin nəticəsi bunu bir daha təsdiqlədi. İkinci amil ölkədə milli vətənpərvərlik ideologiyasının aparılması idi ki, məhz Prezidentin xalqa bir dəfə müraciət etməsi nəticəsində minlərlə gənc səfərbərlik üçün müraciət edərək müharibəyə könüllü getdilər. Üçüncüsü, bəlkə də ən əsas amil prezidentin fəaliyyəti dövründə xalqla iqtidar arasında münasibəti ən yüksək həddə qaldırması idi ki, Vətən müharibəsi dövründə Azərbaycan xalqının siyasi mənsubiyyətindən, dinindən, dilindən asılı olmayaraq bir nəfər kimi prezidentin ətrafında bir yumruq kimi birləşib həmrəylik göstərməsi idi.
Azərbaycan xalqı öz liderinə təkcə inanmadı, həm də onun çağırışı ilə öz övladlarını könüllü şəkildə müharibəyə göndərdi və bu birlik sonda böyük Zəfərlə, Qələbə ilə bitdi.
Azərbaycan Prezidenti İlham Əliyevin daxili siyasətlə yanaşı, xarici siyasətdə də böyük uğurları var. Bu gün Azərbaycan dünyanın diqqətində olan və Cənubi Qafqaz regionun əsas aparıcı ölkəsidir. Bütün ölkələrin Cənubi Qafqaz siyasətində Azərbaycan faktorunu nəzərə alması mütləqdir. Bunun bariz nümunəsi kimi 44 günlük Vətən müharibəsi dövründə Azərbaycana qarşı çıxan bir çox ölkələrin müharibədən az sonra öz şirkətlərini Qarabağda iş qurmaq üçün göstərdiyi təşəbbüslər, eləcədə Bakı səfərlərinin proqramına Qarabağa səfəri də əlavə etmələridir.
Azərbaycana qarşı aqressiv münasibət bəsləyən bir sıra ölkələrin Bakı ilə münasibətlərinə yenidən baxması və öz siyasətlərində ciddi korrrektələr etməsi Azərbaycan Prezidentinin müdrik və uzaqgörən siyasi xadim kimi əldə etdiyi uğurdur.
Bu gün Azərbaycan Prezidenti Cənubi Qafqazın hərbi poliqon kimi deyil, sülh və əməkdaşlıq bölgəsinə çevrilməsi üçün olduqca düşünülmüş və müdrik siyasət aparır. Azərbaycanın və Cənubi Qafqaz ölkələrinin iqtisadi inkişafını yüksəltmək, bölgəni loqistik mərkəzə çevirmək Azərbaycan dövlətinin indi apardığı əsas siyasi xətdir. Siyasi ekspertlər isə hesab edirlər ki, “Sözümüz imzamızdır” - fikrini bəyan edən Azərbaycan Prezidentinə dünyanın əsas aparıcı ölkələrində böyük inam var və Azərbaycan bu vaxta qədər Avropa ölkələrinin əsas neft-qaz ixracatçısı kimi sadiq tərəfdaş kimi böyük etimad qazanıb. Bu baxımdan Prezident İlham Əliyevin bölgədə sülhün və əməkdaşlığı əldə olunması istiqamətində həyata keçirdiyi siyasət də öz müsbət bəhrəsini verəcək.
Qeyd: Yazı “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Cənubi Qafqazda sülh gənclərin gözü ilə” layihəsi çərçivəsində hazırlanıb.
AzVision.az





Teqlər:





Xəbər lenti