Yeni Kaledoniyada yenidən iğtişaşlar olub - VİDEO
Sakinlər etiraz əlaməti olaraq Kumaka şəhər meriyasının və Dumbada bələdiyyə polisinin binalarını yandırıblar. Bundan başqa, Maredə də jandarma qüvvələri ilə toqquşmalar olub. Qeyd edilir ki, Numeada da etirazlar olub.
İğtişaşlar ötən ayki aksiyaların təşkilatçısı olan qrupa bağlı 7 müstəqillik tərəfdarına görə başlayıb. Onlar həbs olunmaq üçün Fransaya göndəriliblər.
Xatırladaq ki, may ayında da Yeni Kaledoniyada iğtişaşlar olmuşdu. O zaman ikisi jandarma olmaqla beş nəfər ölüb. Fransa hökuməti bölgədə fövqəladə vəziyyət elan etməli olmuşdu.
Tural Tağıyev
AzVision.az
Teqlər: