Sabantuy kənd təsərrüfatı ənənələrini və aqrar mədəniyyəti özündə əks etdirən, tarlalarda məhsul yığımının başa çatması münasibətilə keçirilən bayramdır. Bayramda populyar tatar mahnıları, milli folklor nümunələri ifa edilib, oyunlar təşkil olunub.
Bayram şənliyində Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Ruslan Quliyev, Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdakimov, Rusiyanın Tatarıstan Respublikasının mədəniyyət nazirinin müavini Dəmir Natfullin və başqaları iştirak edib.
Tədbirdə “Final” çayın müşayiəti ilə Azərbaycan və tatar milli mətbəxinin fərqli təamlarının dadına baxılıb.
AzVision.az