Türkiyə İstanbulun ikinci Vatikana çevrilməsinə imkan verməyəcək

   Türkiyə İstanbulun ikinci Vatikana çevrilməsinə imkan verməyəcək
  25 İyun 2024    Oxunub:971
Konstantinopol Patriarxı Varfolomeyin statusu Türkiyə qanunları ilə müəyyən edilir.
Bunu Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı İsveçrənin Bürgenstok şəhərində Ukrayna üzrə keçirilən konfransda Varfolomeyin “universal status” kimi təqdim edilməsini şərh edərkən deyib. Onun sözlərinə görə, Türkiyə Konstantinopol Patriarxı Varfolomeyin “universal statusunu” (ekümenizm) tanımır və İstanbulun ikinci Vatikana çevrilməsinə imkan verməyəcək.

“Konfrans Türkiyənin suverenlik hüququna məhəl qoymayıb. Konstantinopol Yunan Patriarxlığının statusu göz qabağındadır. İnzibati cəhətdən Fatih rayon prefekturasına tabedir və seçilmiş patriarx Türkiyə vətəndaşıdır. Türkiyədə Konstantinopol adlı yer yoxdur. Bunun əksini iddia edənlər Bizans aşiqləridir. Heç kim İstanbulu ikinci Vatikana çevirə bilməz. Ekümenizm kartını oynayanlarla qarşılaşacağıq”.

İlkin Nəcəfzadə
AzVision.az





Teqlər:





Xəbər lenti