Lavrov:Degenerasiyaya uğrayan ATƏT Qərbin maraqlarına xidmət edir

      Lavrov:Degenerasiyaya uğrayan ATƏT Qərbin maraqlarına xidmət edir
  25 İyun 2024    Oxunub:1126
Degenerasiyaya uğrayan Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Qərbin maraqlarına xidmət edir.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşündən sonra deyib. “Biz Birləşmiş Millətlər Təşkilatında, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatında necə qarşılıqlı fəaliyyətimizdən danışdıq. Baxmayaraq ki, sonuncu tamamilə deqradasiyaya uğrayıb və əslində Qərbin maraqlarına xidmət etməyə başlayıb.

ATƏT üzvlərinin əksəriyyətinin mənafeyini qoruyan təşkilata çevrilə bilməyib. Mahiyyət etibarı ilə okeanın o tayından (ABŞ - Qeyd) Avropa proseslərini manipulyasiya edənlərin aləti olub. Artıq son illərdə o (ABŞ - Qeyd), sadəcə olaraq Avropanı öz maraqlarına tabe edib və Avropanı iqtisadi sahədə rəqib kimi kənarlaşdırıb”, - deyə o bildirib.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:





Xəbər lenti