Azərbaycan və Rusiya XİN-ləri arasında məsləhətləşmələr aparılıb

Azərbaycan və Rusiya XİN-ləri arasında məsləhətləşmələr aparılıb
  25 İyun 2024    Oxunub:942
Bakıda Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Rusiya Xarici İşlər Nazirliyi arasında sayca 11-ci konsulluq məsləhətləşmələri keçirilib.
XİN-dən AzVision.az -a verilən məlumata görə, məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəisi Emil Səfərov, Rusiya nümayəndə heyətinə isə Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Konsulluq Departamentinin direktoru Aleksey Klimov rəhbərlik edib.

Görüşdə həmçinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin və Dövlət Miqrasiya Xidmətinin rəsmiləri iştirak edib.

Konsulluq məsləhətləşmələri zamanı iki ölkə arasında konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, o cümlədən sahə üzrə ikitərəfli sənədlərin imzalanması və konsulluq xidmətlərinin rəqəmsallaşdırılması imkanları barədə fikir mübadiləsi aparılıb.

Tərəflər iki ölkə vətəndaşlarının hüquq və azadlıqlarının qorunması və onlara konsulluq yardımının göstərilməsi mövzusu üzrə müzakirə aparıb, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ədliyyə, miqrasiya, təhsil və digər vacib sahələrdə əlaqələrin gücləndirilməsi istiqamətində birgə tədbirlərin vacibliyini vurğulayıblar.

Danışıqların sonunda iki ölkənin nümayəndə heyətlərinin rəhbərləri tərəfindən görüşün protokolu imzalanıb.

AzVision.az


Teqlər: XİN   Rusiya   görüş  





Xəbər lenti