I Qarabağ müharibəsində itkin düşmüş 20 nəfərin kimliyi müəyyənləşib

   I Qarabağ müharibəsində itkin düşmüş 20 nəfərin kimliyi müəyyənləşib
  25 İyun 2024    Oxunub:1226
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında (Dövlət Komissiyası) təmsil olunan Baş Prokurorluq, Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb Baş İdarəsi, Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi, Minatəmizləmə Agentliyi (ANAMA), AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun mütəxəssis heyəti tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində Birinci Qarabağ müharibəsində itkin düşmüş daha 20 nəfərin şəxsiyyəti müəyyən olunub.
Dövlət Komissiyasından AzVision.az -a məlumat verilib ki, eyniləşdirmənin nəticələri ilə bağlı iyunun 25-də Dövlət Komissiyasının İşçi qrupu tərəfindən itkin ailələri ilə görüş təşkil olunmuş, talelərinə aydınlıq gətirilmiş şəxslər barədə onlara ətraflı məlumat verilərək sualları cavablandırılıb.

Hazırda həmin şəxslərin dəfn mərasimlərinin təşkili ilə bağlı aidiyyəti dövlət qurumları ilə birlikdə zəruri işlər həyata keçirilir. Dəfn mərasimləri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Aşkarlanmış meyit qalıqlarının eyniləşdirilməsi prosesində kimlikləri müəyyən olunmuş şəxslərin siyahısı aşağıdakı kimidir:

1. Nağıyev Zahid Baxış o. 01.01.1975;

2. Vəliyev İbrahim Ələşrəf o. 01.06.1924;

3. Qurbanov Aydın Əsədulla o. 12.01.1967;

4. Abbasov Akif İlyas o. 01.07.1970;

5. Kərimov Yaşar Ələkbər o. 12.04.1967;

6. Baxışov İdris Osman o. 25.12.1973;

7. Rəsulov Rəhim Əlyar o. 19.12.1967;

8. Məmişov Şahin Talış o. 12.11.1959;

9. Paşayev Ələddin Bəhlul o. 08.11.1961;

10. Qarayev Usubəli Süleyman o. 01.06.1961;

11. Şahmuradov Nemət Musa o. 26.12.1962;

12. Usubov Zakir Kamran o. 10.12.1964;

13. Əliyev Muğan Gəray o. 29.11.1958;

14. Dadaşov Uğur Eldar o. 02.05.1975;

15. Doluxanov Rəhim Məhkəmə o. 06.12.1958;

16. Tağıyev Telman Tevon o. 20.02.1953;

17. Abbasov Sərvər İldırım o. 10.11.1962;

18. Məmmədov Ədalət Şahmar o. 31.05.1958;

19. Mirzəyev Məmməd Hüseyn o. 05.11.1967;

20. Mustafayev Qərib Həsrət o. 01.07.1962;

AzVision.az


Teqlər: I-Qarabağ-müharibəsi   itkin-şəxslər  





Xəbər lenti