Keçmiş məhkum yenidən saxlanılıb

Keçmiş məhkum yenidən saxlanılıb
  26 İyun 2024    Oxunub:739
Mağazadan oğurluq edən Nahid Hüseynov Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az -a bildirilib ki, onun tütün məmulatları və içki məhsulları oğurlamaqla mağaza sahibinə maddi ziyan vurduğu müəyyən edilib. Oğurlanmış məhsulların bir qismi maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti