Bir gündə 16 kq-dan çox narkotik aşkarlanıb

Bir gündə 16 kq-dan çox narkotik aşkarlanıb
  26 İyun 2024    Oxunub:634
Polis əməkdaşları ötən gün ölkə ərazisində 16 kiloqramdan çox narkotik aşkarlayıblar.
Bu barədə AzVision.az -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, keçirilən əməliyyat tədbirləri ilə iyunun 25-də ümumi çəkisi 16,4 kiloqrama yaxın narkotik, həmçinin kultivasiya yolu ilə yetişdirilmiş 143 ədəd çətənə kolu aşkar olunaraq götürülüb. Bu istiqamətdə mübarizə tədbirləri davam etdirilir.

AzVision.az



Teqlər:





Xəbər lenti