Putin Məhəmməd Müxbirlə danışdı

Putin Məhəmməd Müxbirlə danışdı
  26 İyun 2024    Oxunub:1212
Rusiya Prezidenti Vladimir Putin İran prezidenti vəzifəsini icra edən Məhəmməd Müxbirlə telefon danışığı aparıb
AzVision.az xəbər verir ki, bu barədə Kremldən məlumat verilib.

“Bütün əsas istiqamətlər üzrə gələcək qarşılıqlı faydalı əməkdaşlıq məsələləri müzakirə edilib. Putin və Müxbir enerji sektorunda Rusiya və İran arasında qarşılıqlı fəaliyyətin uğurunu və irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsini qeyd ediblər”, - məlumatda bildirilib.

Qeyd edək ki, Vladimir Putin Müxbirlə sonuncu dəfə 13 iyunda danışmışdı.

AzVision.az



Teqlər:





Xəbər lenti