Bakının Nərimanov rayonunda qətl törətməkdə şübhəli bilinən şəxs saxlanılıb

Bakının Nərimanov rayonunda qətl törətməkdə şübhəli bilinən şəxs saxlanılıb
  26 İyun 2024    Oxunub:1239
İyunun 26-da paytaxtın Nərimanov rayonunda 2003-cü il təvəllüdlü Tural Kamil oğlu Kosayevin odlu silahla qətlə yetirilməsi barədə polisə məlumat daxil olub
AzVision.az xəbər verir ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 2005-ci il təvəllüdlü İsmayıl İbrahim oğlu Allahverdiyev polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində saxlanılıb.

Hadisə şəxsi münasibətlər zəminində baş verib.

Araşdırma aparılır.

AzVision.az



Teqlər:





Xəbər lenti