Bakıdakı güllələnmənin təfərrüatları: Hadisə şahidi danışdı

   Bakıdakı güllələnmənin təfərrüatları:    Hadisə şahidi danışdı
  27 İyun 2024    Oxunub:619
Dünən axşam paytaxtın Nərimanov rayonunda baş vermiş güllələnmə hadisəsinin bəzi detalları məlum olub.
AzVision.az xəbər verir ki, APA TV-yə danışan şahidlərin sözlərinə görə, qətlə yetirilən 24 yaşlı Tural Kosayev əraziyə bir xanımla gəlibmiş.

İlkin ehtimallara əsasən, cinayət qısqanclıq zəminində baş verib: “Turalın maşınında xanım da əyləşmişdi. Arxasında isə qara maşın saxladı. Daha sonra avtomobillərdən düşdülər. Mərhum qıza görə İsmayıl Allahverdiyevi təhqir etdi. Mübahisədən sonra o, qaçmağa başladı, İsmayıl isə belindən silahı çıxararaq Turala atəş açdı”.

Qeyd edək ki, hadisəni törətməkdə şübhəli bilinən 21 yaşlı İ.Allahverdiyev saxlanılıb.

Ətraflı süjetdə:



AzVision.az


Teqlər:





Xəbər lenti