Rusiyada qatar yolunda meyitlər tapıldı

 Rusiyada qatar yolunda meyitlər tapıldı
  27 İyun 2024    Oxunub:704
Rusiyanın Komi Respublikasında Vorkuta-Novorossiysk xətti ilə hərəkət edən sərnişin qatarının relsdən çıxdığı yerdə iki nəfərin cəsədi tapılıb.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya Dəmir Yollarının teleqram kanalında məlumat verilib.

Xatırladaq ki, qatarın qəzaya uğraması nəticəsində 9 vaqon relsdən çıxıb. 70 nəfərin yaralandığı bildirilir. Rusiya Dəmir Yolları vaqonların relsdən çıxmasının ilkin səbəbini leysan yağışlar nəticəsində yuyulması ilə göstərib.

Hadisə ilə bağlı cinayət işi açılıb.

Həmidə İbrahimova
AzVision.az



Teqlər: Rusiya   Qatar   Hadisə  





Xəbər lenti