Problemli kreditlər artıb

   Problemli kreditlər artıb
  27 İyun 2024    Oxunub:693
Bu il iyunun 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 466,5 milyon manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına görə, ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 6,6 % artıb, son 1 ildə isə 7,1 % azalıb.

Vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1,8 % təşkil edib. Bu nisbət mayın 1-nə 1,8 %, ilin əvvəlinə 1,8 %, 2023-cü ilin iyunun 1-nə isə 2,3 % olub.

Hesabat dövrünə ümumi kredir portfelinin həcmi il ərzində 24,5 % artaraq 26 milyard 498,3 milyon manat təşkil edib.

AzVision.az


Teqlər:





Xəbər lenti