Sel suları yol infrastrukturuna ziyan vurub - VİDEO

Sel suları yol infrastrukturuna ziyan vurub -    VİDEO
  27 İyun 2024    Oxunub:618
İyunun 26-da ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti cənub bölgəsinin avtomobil yollarında fəsadlara səbəb olub.
Bu barədə AzVision.az -a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib. Bildirilib ki, intensiv yağıntılar nəticəsində Lənkəran-Lerik, Masallı-Yardımlı, Cəlilabad-Yardımlı, Vəlixanlı-Alçabulaq, Gölyeri-Ləzir, Porsova, Yardımlı-Bozayran-Bürzünbül-Vərgədüz, Horavar-Əngövül-Vərov-Keçələkəran avtomobil yollarında sel sularının yolları yuması və özü ilə bərabər lil və qaya parçaları gətirərək yolların hərəkət hissəsini doldurması nəticəsində yolların bəzi hissələri yararsız hala düşmüş, suötürücü borular sıradan çıxmışdır. Bununla da yol infrastrukturuna və yol qurğularına ziyan dəyib.

Yaranmış problemlərlə bağlı məlumat daxil olan kimi dərhal müxtəlif təyinatlı yollarda hərəkətin təhlükəsizliyi və fasiləsizliyində yaranan problemlərin aradan qaldırılması üçün AAYDA-nın xüsusi texnika və canlı qüvvələri səfərbər olunub.

Aparılan işlər çərçivəsində yollardan sel suları nəticəsində toplanmış lil, palçıq və qum-çınqıl təmizlənib, hərəkətin fasiləsizliyi və təhlükəsizliyi təmin olunub. Hazırda yollarda təmizləmə işləri davam etdirilir.



AzVision.az



Teqlər:





Xəbər lenti