Separatçılar Ermənistan MTX-də işləyəcəklər

Separatçılar Ermənistan MTX-də işləyəcəklər
  27 İyun 2024    Oxunub:868
Qarabağda mövcud olmuş keçmiş qondarma rejimin "Milli Təhlükəsizlik Xidməti"nin əməkdaşları bundan sonra Ermənistanda işsiz qalmayacaqlar.
AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Qeyd edilir ki, separatçılar elə Ermənistanın eyni adlı qurumunda xidmətlərini davam etdirmək imkanı əldə ediblər.

Məlumata görə Ermənistan hökumətinin iclasında “Milli təhlükəsizlik orqanlarında xidmət haqqında” qanuna müvafiq dəyişiklik layihəsi təsdiq edilib. Bu dəyişiklikdən sonra Qarabağdan gələn "MTX" əməkdaşları sənədlərini İrəvana təqdim edəcəklər.

Qeyd edək ki, hazırda MTX orqanlarında yalnız Ermənistan Respublikasının vətəndaşları xidmət edə bilərlər. Hətta Qarabağda olmuş qondarma "MTN"nin əməkdaşları Ermənistan vətəndaşlığını əldə etdikdə belə, onlar yalnız əməkdalıq səviyyəsində bu qurumda çalışa bilərdilər.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan  





Xəbər lenti