ABŞ: “Kiyevə verilən 62 milyon dollarlıq silahın taleyi məlum deyil

   ABŞ: “Kiyevə verilən 62 milyon dollarlıq silahın    taleyi məlum deyil   ”
  27 İyun 2024    Oxunub:1376
Kiyevə silah tədarükü barədə hesabatların verilməsi və izlənilməsi ilə bağlı ciddi problemlərə görə Pentaqon ABŞ-nin Ukraynaya ötürdüyü 62 milyon dollarlıq silahın taleyinin necə olduğunu bilmir.
AzVision.az xəbər verir ki, ABŞ-nin Müdafiə nazirliyinin baş inspektorunun hesabatına istinad edən “Daily Caller” nəşri belə məlumat yayıb.

“62 milyon dollar dəyərində silah son istifadə monitorinqi üçün nəzərdə tutulmuşdu. Lakin ABŞ və Ukrayna qüvvələri arasındakı hesabat və izləmə problemləri 2023-cü ilin noyabrına qədər hansı avadanlıqların məhv edildiyi, itirildiyi və ya başqa yerə yönləndirildiyi barədə məlumatın qıtlığına səbəb oldu”, - qəzet yazıb.

Bildirilir ki, xüsusi hərbi əməliyyat başlayandan Pentaqon ABŞ-nin Ukraynaya yardımını izləmək müstəvisində daimi problemlərlə üzləşib.

Qəzetin yazdığına görə, hesabatda Vaşinqtonun Ukraynaya öz silahlarının axınını izləyə bilmədiyi hazırkı vəziyyətin “müdafiə məhsulları ilə bağlı hər hansı potensial pozuntuları anlamağa Pentaqona mane olduğu” vurğulanır.

Qeyd edək ki, iki gün əvvəl Rusiyanın Müdafiə naziri Andrey Belousov amerikalı həmkarı Lloyd Ostinlə telefon danışığında Vaşinqtonun Kiyevə Amerika silahlarını davamlı şəkildə tədarük etməsinin Ukraynada vəziyyətin daha da gərginləşməsi təhlükəsi yaratdığını deyib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: ABŞ   Ukrayna   silah  





Xəbər lenti