Təhsil naziri: “Hər 3 müəllimdən biri ilə sağollaşacağıq”

      Təhsil naziri:    “Hər 3 müəllimdən biri ilə sağollaşacağıq”
  27 İyun 2024    Oxunub:1415
“Builki sertifikasiya imtahanlarında 64 min 500 müəllim iştirak edib”.
AzVision.az “Report”a istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2024: peşəkar müəllim - keyfiyyətli təhsil” adlı tədbirdə çıxışı zamanı deyib.

Nazir bildirib ki, onlardan 31 852-si ibtidai sinif, 9 892-si Azərbaycan dili və ədəbiyyat, 8 807-i riyaziyyat, 13 957-si isə xarici dil müəllimi olub. E.Əmrullayev qeyd edib ki, sertifikasiya imtahanlarında 20 faiz (6 238) müəllim yüksək nəticə göstərib:

“10 faiz müəllim isə qənaətbəxş nəticə göstərib. Ümumilikdə isə 27 min 379 müəllim uğur qazanıb”.

O vurğulayıb ki, hər iki cəhddə keçid balını toplaya bilməyənlər cəmi 4 030 nəfərdir ki, bu da ibtidai sinif müəllimlərinin 13 faizini təşkil edir: “443 müəllim isə hələ prosesdə iştirak etməyib”.

“Astara rayonunda hər üç müəllimdən biri ilə sağollaşmaq məcburiyyətində olacağıq. Çünki həmin rayon üzrə zəif nəticə çoxdur”, - nazir əlavə edib.

AzVision.az



Teqlər:





Xəbər lenti