Ceyranbatan su anbarında qadın meyiti aşkarlanıb

Ceyranbatan su anbarında qadın meyiti aşkarlanıb
  27 İyun 2024    Oxunub:891
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Abşeron rayonu, Ceyranbatan qəsəbəsində, Ceyranbatan su anbarının ərazisində suyun üzərində bir nəfər qadın meyitinin aşkarlanması ilə bağlı məlumat daxil olub.
AzVision.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində vətəndaşın meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

AzVision.az


Teqlər:





Xəbər lenti