BMT-nin Baş katibi Bakıya gələcək

   BMT-nin Baş katibi Bakıya gələcək
  28 İyun 2024    Oxunub:985
Noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) inkişaf etməkdə olan ölkələrin maraqları nəzərə alınmaqla iqlim sahəsi istiqamətində ədalətli qərarların verilməsi üçün ciddi tədbirlər görülməlidir.
Bunu BMT-nin Baş katibi Antonio Quterreş TASS-a müsahibəsində deyib. Antonio Quterreş COP29-da iştirak etmək üçün Bakıya səfər etməyi planlaşdırdığını da bildirib. “Mən hər zaman COP konfranslarında iştirak edirəm, bu tədbirlərin əvvəlinə və sonuna gəlirəm”, - o vurğulayıb.

Qeyd edək ki, bu ilin noyabrında Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası keçiriləcək. Bu qərar 2023-cü il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti