TƏBİB-in Çağrı xidmətinə daxil olan müraciətlərin səbəbləri açıqlandı

TƏBİB-in Çağrı xidmətinə daxil olan müraciətlərin səbəbləri açıqlandı
  28 İyun 2024    Oxunub:1345
“TƏBİB-in səlahiyyətlərinə aid olan məsələlərlə bağlı şöbə 7/24 fəaliyyət göstərir. Məqsədimiz vətəndaş məmnunluğunu təmin etmək və daxil olan hər bir müraciətə çevik, operativ reaksiya vermək və müraciətlərin həlli istiqamətləri üzrə dərhal tədbirlər görməkdir”.
AzVision.az xəbər verir ki, bunu TƏBİB-in Çağrı xidməti şöbəsinin müdiri Firad Rəsulov media və qeyri-hökumət təşkilatlarının nümayəndələri üçün keçirilən “Açıq qapı”da deyib.

F.Rəsulov qeyd edib ki, 2024-cü ilin yanvar-may ayları ərzində şöbənin əməkdaşları tərəfindən 56 623 zəng cavablandırılıb:

“Vətəndaşların müraciətləri, əsasən, işə qəbul qaydaları, arayışların verilməsi, icbari tibbi sığortanın Xidmətlər Zərfi, müayinə və müalicənin təşkili, peyvəndlər və digər məsələlərlə bağlı olub. Vətəndaşların müraciətləri qanunvericiliyin tələblərinə uyğun şəkildə cavablandırılıb, onların həlli istiqamətində zəruri tapşırıqlar verilib”.

Həmidə İbrahimova
AzVision.az



Teqlər:





Xəbər lenti