Sabiq icra başçısının cəzası azaldıldı

   Sabiq icra başçısının cəzası azaldıldı
  28 İyun 2024    Oxunub:943
Biləsuvarın məhkum edilmiş sabiq icra başçısı Mahir Quliyevlə bağlı qərardan verilmiş kassasiya şikayətinə baxılıb.
Bu barədə “Qafqazinfo”ya vəkil Ceyhun Yusifov məlumat verib.

Ali Məhkəmə eks icra başçısının şikayətini qismən təmin edib. Onun cəzası 11 ildən 8 il 3 aya endirilib.

Xatırladaq ki, M.Quliyev 2020-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs olunub. Korrupsiya cinayətlərində ittiham olunan sabiq icra başçısı Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il azadlıqdan məhrum edilib. Onun Bakıda yerləşən 2 mənzili və 1 avtomobili dövlət nəfinə müsadirə olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti