Zelenski Rusiya ilə danışıqlara dair yeni açıqlama verib

Zelenski Rusiya ilə danışıqlara dair yeni açıqlama verib
  28 İyun 2024    Oxunub:1155
Ukrayna prezidenti Vladimir Zelenski növbəti dəfə sülh mövzusundan danışıb.
AzVision.az xəbər verir ki, o, Sloveniya prezidenti Nataşa Pirç Musarla keçirdiyi mətbuat konfransında Rusiya ilə danışıqların nə vaxt başlayacağına Kiyevin qərar verəcəyini deyib: “Əlbəttə, buna Ukrayna qərar verəcək. Amma hər şey yalnız Ukraynadan asılı olsaydı, heç bir müharibə də baş verməzdi. İşğalçı Rusiya ölkəsidir və təəssüf ki, hələlik o, müharibəni bitirmək istəmir”.

Tramp: "Ukrayna müharibədə qalib gəlməyəcək"
Ukrayna prezidenti qeyd edib ki, ölkəsi müharibənin qurbanı olduğu üçün təşəbbüsü öz üzərinə götürüb və yalnız diplomatik yol seçib.

"Sülh sammiti geridə qalıb. İndi biz üç ətraflı plan üzərində işləyirik. Bunlar enerji, ərzaq təhlükəsizliyi və mübadilə (məhbuslar və uşaqların qaytarılması - red.) məsələləridir. Əminəm ki, biz bu məsələləri həll edəcəyik. Heç olmasa detallı bir plan hazırlayacağıq. Bu yaxın vaxtlarda olacaq", - o qeyd edib.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Müharibə  





Xəbər lenti