Bayden Trampı küçə pişiyinə bənzətdi

Bayden Trampı küçə pişiyinə bənzətdi
  28 İyun 2024    Oxunub:1413
ABŞ prezidenti Co Bayden hesab edir ki, keçmiş dövlət başçısı Donald Trampda küçə pişiyinin əxlaqi prinsipləri var.
O, bu fikri Corciya ştatının Atlanta şəhərində qarşıdan gələn seçkilərdə respublikaçı rəqibi ilə ilin ilk teledebatında çıxışı zamanı deyib.

“Tariximizdə heç bir prezident belə danışmayıb. Hələ də ittiham edildiyiniz cinayətlər və sizin bütün mülki cəzalarınız barədə düşünün.

Mülki cərimələrə, bir qadına ictimai yerlərdə sataşmağa və arvadının hamilə olduğu gecə porno ulduzla cinsi əlaqəyə girməyə görə neçə milyard dollar ödəməlisən? Nə haqqında danışırsınız? Sizdə küçə pişiyi əxlaqı var”, - Bayden deyib.

“Mən heç bir porno ulduzla cinsi əlaqədə olmamışam”, - deyə Tramp cavabında vurğulayıb. O əlavə edib ki, məhkəmənin qərarından apellyasiya şikayəti verəcək.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti