Yeni cərimələrin SİYAHISI

   Yeni cərimələrin    SİYAHISI
  28 İyun 2024    Oxunub:633
Qanunvericiliyə kiçik elektrik nəqliyyat vasitəsi (KENV), kiçik elektrik nəqliyyat vasitələrinin operatoru anlayışları daxil edilib.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Qeyd edilir ki, ilk dəfə olaraq velosiped yollarından digər nəqliyyat vasitələrinin qanunsuz istifadə etməsinə görə inzibati tənbeh tədbiri müəyyən edilir. Bu inzibati xəta 100 manat cərimə və 2 balla qiymətləndirilir.

"Velosiped və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin velosiped yollarında dayanmasına və ya durmasına görə 100 manat məbləğində cərimə edilir. Bu inzibati xəta 2 balla qiymətləndirilir.

İlk dəfə olaraq kiçik elektrik nəqliyyat vasitələrini idarə edən şəxslər tərəfindən yol hərəkəti qaydalarının pozulmasına görə 40 manat məbləqində cərimə müəyyən edilir.

Kiçik elektrik nəqliyyat vasitələrini idarə edən şəxslər tərəfindən yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə 100 manatdan 150 manatadək məbləğdə cərimə müəyyən edilir.

Qanunvericilikdə daha bir yenilik kiçik elektrik nəqliyyat vasitələrini idarə edən şəxslər tərəfindən yol hərəkəti qaydalarının pozulması alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə törədilərsə 150 manat məbləğində cərimə müəyyən edilməsidir".

Həmçinin bildirilir ki, ilk dəfə olaraq kiçik elektrik nəqliyyat vasitələrini idarə edən şəxslər tərəfindən yol hərəkəti qaydalarının pozulması narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə törədilərsə 200 manat məbləğində cərimə müəyyən edilir.

"Kiçik elektrik nəqliyyat vasitələrinin operatorları tərəfindən texniki cəhətdən nasaz olan kiçik elektrik nəqliyyat vasitəsinin icarəyə (istifadəyə) verilməsinə görə 400 manatdan 600 manatadək məbləğdə cərimə edilir. Bu xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə 1000 manatdan 1200 manatadək məbləğdə cərimə edilir.

İlk dəfə olaraq velosiped və kiçik elektrik nəqliyyat vasitələrinin onlar üçün ayrılmış parklanma yerlərindən kənarda parklanmasına görə 10 manat cərimə müəyyən edilir.

İlk dəfə olaraq velosiped yollarında materialların yığılması və predmetlərin saxlanılmasına görə fiziki şəxslər üçün 80 manatdan 100 manatadək məbləğdə, vəzifəli şəxslər üçün 400 manatdan 500 manatadək məbləğdə, hüquqi şəxslər üçün 3000 manatdan 4000 manatadək məbləğdə cərimə müəyyən edilir".

AzVision.az


Teqlər:





Xəbər lenti