“Azercell”in müştəri məmnuniyyəti üzrə sertifikasiyası uğurla yenilənib
Azercell ilk dəfə bu sertifikatı 2011-ci ildə əldə edib. Xatırladaq ki, məhz Azercell ölkədə birinci 24/7 rejimində fəaliyyət göstərən Telefon Mərkəzini və onlayn müştəri xidmətlərini işə salıb. Abunəçilərinə rəqəmsal kanallar vasitəsilə də fasiləsiz xidmət göstərən lider mobil operator Facebook, Instagram, Twitter, LinkedIn və YouTube platformaları üzərindən də müştəri sorğularını cavablayır.
Eyni zamanda, ötən il şirkət müştəri xidmətləri sahəsində önəmli texnoloji yeniliyə də imza atıb. Azərbaycan dilində tam spektr xidməti göstərən süni zəka əsaslı ilk virtual assistenti – “Aicell”i istifadəyə verən Azercell abunəçi sorğularının daha operativ şəkildə emal edilməsinə nail olub.
Yuxarıda adı çəkilən tədbirlərin nəticəsi olaraq 2023-cü il ərzində Azercell-in Əlaqə Mərkəzinin Müştəri Məmnuniyyəti indeksi 94,9%-ə çatıb ( dünya standartlarına əsasən 85%-dən yuxarı olan nəticə artıq çox yüksək göstərici kimi hesab olunur).
Azercell-in Telefon Mərkəzi ilə 7/24 rejimində çalışan *1111 qısa nömrəsi, eləcə də 012-4904949 (Fakturasız Xətt abunəçilər üçün) və 012-4905252 (Fakturalı Xətt abunəçilər üçün) şəhər nömrələri vasitəsilə, həmçinin Kabinetim tətbiqi üzərindən onlayn əlaqə saxlamaq mümkündür.
AzVision.az
Teqlər: