Prezident fərman imzaladı
1. “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyul tarixli 540 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 7, maddə 477 (Cild I) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
1.1. 2.2-ci bənddən “13.4-cü,” sözləri çıxarılsın və həmin bəndə “19.2-ci,” sözlərindən sonra “20.1-ci,” sözləri əlavə edilsin;
1.2. 2.3-cü bənddən “20.1-ci,” sözləri çıxarılsın.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 31 may tarixli 1170-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.
AzVision.az
Teqlər: