Milli Məclisin növbədənkənar sessiyası başa çatıb - FOTOLAR

   Milli Məclisin növbədənkənar sessiyası başa çatıb    -    FOTOLAR
  28 İyun 2024    Oxunub:1025
AzVision.az xəbər verir ki, iyunun 28-də parlamentin növbədənkənar sessiyasının sonuncu plenar iclası keçirilib.

Toplantıda 15 məsələ müzakirə olunub.

Əksəriyyəti üçüncü oxunuş olan qanun layihələri müzakirələrdən sonra ayrı-ayrılıqda səsverməyə çıxarılaraq qəbul edilib.

Qeyd edək ki, parlamentin yaz sessiyası fevralın 1-də başlayıb və mayın 31-dək davam edib. İyunda qanunverici orqanın növbədənkənar sessiyası çağırılıb. Növbədənkənar sessiya çərçivəsində 5 plenar iclas keçirilib, 31 qanun və qərar qəbul edilib.

Spiker Sahibə Qafarova çıxışının sonunda həm yaz sessiyasında, həm də növbədənkənar sessiyada səmərəli fəaliyyət üçün deputatlara təşəkkür edib.

Sədr parlamentin növbədənkənar sessiyasını bağlı elan edib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Bununla da Milli Məclisin növbədənkənar sessiyası başa çatıb.

AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti