Təbii fəlakət 7 məktəbi bərbad hala saldı
Lənkəran – Astara Regional Təhsil idarəsinin əməkdaşı Tural Kərimov APA - nın cənub bürosuna bildirib ki, artıq, Elm və Təhsil Nazirliyinin Tikinti və Təchizat idarəsinin yerli bölməsinin əməkdaşları məktəbdə olub, vəziyyətlə bağlı ilkin təhlükəsizlik tədbirləri görüblər. "Son günlər hava şəraitinin pisləşməsi nəticəsində, Lənkəran – Astara Regional Təhsil idarəsinin tabeliyində fəaliyyət göstərən 7 təhsil müəssisəsinə ziyan dəyib. Belə məktəb binalarından biri də, Astara rayon Rinə kənd tam orta məktəbinə aiddir. Leysan xarakterli yağışlardan sonra, məktəbin daxilinə və sinif otaqlarına sel suları keçib. Nəticədə partalar, stullar, şkaflar yararsız hala düşüb. Elm və Təhsil Nazirliyinin tikinti və təchizat idarəsinin yerli bölməsinin əməkdaşları məktəbdə olub, vəziyyətlə bağlı ilkin təhlükəsizlik tədbirləri görülüb, araşdırmalardan sonra qısa zamanda bu və digər məktəblərlə bağlı müvafiq tədbirlər görüləcək".
Qeyd edək ki, yaxın bir neçə saat ərzində bölgədə qeyri – sabit hava şəraitinin yenidən başlanacağı proqnozlaşdırılır.
AzVision.az
Teqlər: