Mədəniyyət Nazirliyi "Tələbə-məzun” dövlət elektron məlumat sisteminə qoşulacaq

Mədəniyyət Nazirliyi "Tələbə-məzun” dövlət elektron məlumat sisteminə qoşulacaq
  29 İyun 2024    Oxunub:704
Prezident İlham Əliyev “Tələbə-məzun” dövlət elektron məlumat sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Fərman imzalayıb.
AzVision.az xəbər verir ki, Fərmanla Azərbaycan Prezidentinin 2010-cu il 23 fevral tarixli 225 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tələbə-məzun” dövlət elektron məlumat sistemi haqqında Əsasnamə” ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi də "Tələbə-məzun” dövlət elektron məlumat sisteminə qoşula biləcək.

Nazirlər Kabinetinə bu Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.
AzVision.az



Teqlər:





Xəbər lenti