Nigeriyada kamikadze qadınlar özlərini partlatdılar, 18 ölü

Nigeriyada kamikadze qadınlar özlərini partlatdılar,    18 ölü
  30 İyun 2024    Oxunub:894
Nigeriyada kamikadze qadınların törətdikləri terrorlar nəticəsində 18 nəfər ölüb, daha 30-a yaxın insan yaralanıb.
AzVision.az xəbər verir ki, bu barədə “Reuters” yazıb. Terror aktları Nigeriyanın şərqindəki Qvoza şəhərində dəfn mərasimlərində, toylarda və xəstəxanalarda törədilib.

Ölənlər arasında hamilə qadınlar və uşaqlar da var. Hələlik heç kim hücumlara görə məsuliyyəti üzərinə götürməyib. Yaralılar kəllə-beyin travması, əza və qarın nahiyəsindən xəsarətlər alıblar.

AzVision.az


Teqlər:





Xəbər lenti