|
|
Bakıda gecəyarısı söküntü işləri: Qadını evindən sürüyüb çıxardılar |
Xidmət rəsmisi Qafar Ağayev bildirib ki, araşdırma zamanı sözügedən ünvanda, yaşayış binalarının tikintisi məqsədilə "İbrahim-Q" MTK-ya ayrılmış ərazidə 3 ağacın və bir neçə kolun kəsildiyi müəyyən edilib.
Faktla bağlı akt tərtib olunub.
Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.
Qeyd edək ki, bu gün gecə saatlarında paytaxtın Yasamal rayonu ərazisində söküntü işləri aparılıb. Ərazidə öz mənzilini tərk etmək istəməyən qadın evindən zorla çıxarılıb.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


