Qəzza xəstəxanasının baş həkimi azadlığa buraxılıb - VİDEO

Qəzza xəstəxanasının baş həkimi azadlığa buraxılıb -    VİDEO
  01 İyul 2024    Oxunub:1082
İsrail Ordusu Qəzza zolağındakı ən böyük xəstəxana sayılan və müharibə nəticəsində dağıdılmış "Əl-Şifa"nın baş həkimi Məhəmməd Əbu Səlmiyyəni sərbəst buraxıb.
AzVision.az xəbər verir ki, bu barədə yerli "Şəhab" xəbər agentliyi "X"də məlumat yayıb.

Bildirilib ki, İsrail hərbçilərinin ötən ilin 23 noyabrında xəstəxanaya hücumu nəticəsində saxlanılmış baş həkim o vaxtdan bəri əsirlikdə idi.

Firudin Həmidli
AzVision.az


Teqlər: Qəzza   baş-həkim   azadlıq  





Xəbər lenti