Güllələnən baş nazir tezliklə işə qayıdacaq

   Güllələnən baş nazir tezliklə işə qayıdacaq
  01 İyul 2024    Oxunub:672
“Fitso sui-qəsd cəhdindən sonra tezliklə işə qayıdacaq”.
AzVision.az xəbər verir ki, bunu Slovakiyanın müdafiə naziri Robert Kaliniak deyib.

Slovakiyanın baş naziri növbəti dəfə əməliyyat olunacaq
Onun sözlərinə görə, Fikonun vəziyyəti yaxşılaşıb və ötən həftə keçirilən müzakirələrdə fəal iştirak edib.

Xatırladaq ki, mayın 15-də Slovakiyanın baş naziri Robert Fitsonun həyatına sui-qəsd olub. Ona qarşı sui-qəsdin ölkəcə məşhur 71 yaşlı yazıçı, "Mütərəqqi Slovakiya" müxalifət partiyasının tərəfdarı Yuray Çintula tərəfindən həyata keçirildiyi müəyyənləşib.

Fitso sui-qəsd cəhdindən sonra onu öldürməyə cəhd edən şəxsə qarşı nifrət hiss etmədiyini bildirib.

Həmidə İbrahimova
AzVision.az


Teqlər:   Slovakiya   RobertFitso  





Xəbər lenti