Fransada seçkilər: Makron uduzur

   Fransada seçkilər:    Makron uduzur
  01 İyul 2024    Oxunub:1067
Fransada keçirilən parlament seçkilərinin ilk turunda qələbə qazanaraq tarixi qələbə qazanıb Milli Birlik Partiyası bloku 33.15% səslə qalib gəlib.
AzVision.az xəbər verir ki, seçkidə Yeni Xalq Cəbhəsi 28.14% səslə ikinci, Prezident Emmanuel Makronun rəhbərliyindəki mərkəzçi İntibah Partiyası bloku isə cəmi 21.27% səslə üçüncü yerdə qərarlaşıb.

Bu, növbədənkənar seçkilərə şəxsən çağıran Makron üçün böyük uğursuzluq kimi qiymətləndirilir.

İlk turdan qalib çıxan Milli Birlik Partiyası ikinci turda da qələbəyə yaxındır. İfrat millətçi və antisemitist mövqeyə malik partiyanın xalqın nəzərində rəğbət qazanması, əlbəttə, sədr Marin Le Penin seçkiqabağı bu imici tənzimləməyə çalışması və Makron hökumətinə qarşı iqtisadi çətinliklər və miqrasiya problemi səbəbi ilə artan qəzəbi öz üçün fürsətə çevirməsidir.

Seçkinin ikinci turu iyulun 7-də baş tutacaq.

Firudin Həmidli
AzVision.az


Teqlər: Fransa   seçkilər  





Xəbər lenti