Paşinyan jurnalistlərin delimitasiya sualından yayındı - VİDEO

   Paşinyan jurnalistlərin delimitasiya sualından yayındı    - VİDEO
  01 İyul 2024    Oxunub:947
Ermənistanın baş naziri Nikol Paşinyan "Erməni Demokratiya Forumu-2024"dən sonra jurnalistlərin suallarını cavablandırmaq istəməyib.
AzVision.az xəbər verir ki, jurnalistlər forumdan sonra baş nazirə sərhədlərin delimitasiyası prosesi ilə bağlı suallar veriblər.

Paşinyan ifşa oldu: Veloyürüşdə təsadüfi adam olmurmuş - FOTO
Lakin o, suala cavab verməkdən imtina edib. İrəvan rəhbəri “Bağışlayın, mən tələsirəm, bu gün suallarınıza cavab verməyəcəm” deyib.

Xatırladaq ki, Nikol Paşinyan forumda çıxışı zamanı diqqət çəkən açıqlamalar verib. O, Avropa İttifaqına (Aİ) daxil olmaq üçün referendumun keçirilməsini məqsədəuyğun hesab etmədiyini bildirib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Paşinyan   Delimitasiya  





Xəbər lenti