Nyu-Yorkda İpək Yolu Festivalı keçirilib

Nyu-Yorkda İpək Yolu Festivalı keçirilib
  01 İyul 2024    Oxunub:1456
Nyu-Yorkda “My Way” (“Mənim Yolum”) Yaradıcılıq İnkişafı Mərkəzi tərəfindən təşkil edilən İpək Yolu Festivalı (Silk Road Festival) keçirilib
AzVision.az xəbər verir ki, Azərbaycan, Gürcüstan, Monqolustan, Rusiya, Ukrayna və digər ölkələrdən qatılan 175 iştirakçı öz ölkələrinin mədəniyyətini təqdim ediblər.

Tədbirdə çıxış edən “My Way” Yaradıcılıq İnkişafı Mərkəzinin rəhbəri Alyona Bədəlova festival iştirakçılarına uğurlar arzulayıb.

Peşəkar sənətçilərin və uşaqların qatıldığı festivalda Azərbaycanı Fərizə Dudarovanın rəhbərliyi ilə “Qafqaz Ritmləri” rəqs qrupu “Yallı” və “Tərəkəmə” rəqsləri ilə təmsil edib.

Tədbir çərçivəsində “My Way” Yaradıcılıq İnkişafı Mərkəzinin incəsənət məsələləri üzrə direktoru, istedadlı pedaqoq, heykəltaraş və rəssam Emin Quliyevin “İpək Yolu səyahəti” İncəsənət layihəsi təşkil edilib. Layihə çərçivəsində 4-24 yaş arası olan 276 uşaq və gənc arasında “Ən yaxşı rəsm” yarışı keçirilib.

Nyu-Yorkda artıq 5-ci ildir ki, təşkil olunan festival İpək Yolu marşrutuna daxil olan ölkələrin mədəniyyətini nümayiş etdirir.

Festivalın iştirakçıları şəhər meriyası və yerli ictimai xadimlər tərəfindən mükafatlandırılıblar.

AzVision.az



Teqlər:





Xəbər lenti