Türkiyədə yeni səhiyyə naziri vəzifəyə başlayıb

Türkiyədə yeni səhiyyə naziri vəzifəyə başlayıb
  02 İyul 2024    Oxunub:679
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın fərmanı ilə səhiyyə naziri postuna Kamal Məmişoğlu təyinat alıb.
AzVision.az xəbər verir ki, o bu gün nazirlikdə vəzifəni Fəxrəddin Qocadan təhvil alıb.

Keçmiş nazir öz çıxışında xələfinə uğurlar diləyib. Məmişoğlu isə Prezidentə yüksək etimada görə təşəkkürünü çatdırıb.

Prezident Ərdoğanın digər bir fərmanı ilə isə Ekologiya, Şəhərsalma və İqlim Dəyişiklikləri Nazirliyinin rəhbərliyinə Murad Qurum gətirilib.

Firudin Həmidli
AzVision.az


Teqlər: Türkiyə   səhiyyə   təyinat  





Xəbər lenti