Brik: "Regional müharibənin astanasındayıq"

      Brik:    "Regional müharibənin astanasındayıq"
  02 İyul 2024    Oxunub:1508
"Baş nazir Benyamin Netanyahu, müdafiə naziri Yoav Qallant və Baş Qərargah rəisi Herzi Halevi ölkəni ağır, genişmiqyaslı regional müharibəyə doğru aparırlar".
AzVision.az xəbər verir ki, bu ifadələri israilli general İtshak Brik yerli "Maariv" qəzeti üçün qələmə aldığı məqalədə vurğulayıb.

Onun sözlərinə görə, "ölkənin taleyini əllərində saxlayan həmin şəxslər qərar vermə qabiliyyətlərini, baş verənlərlə bağlı məsuliyyət hislərini itiriblər".

"Qəzzadakı səkkiz aylıq müharibə ərzində onlar elə qərarlar veriblər ki, təkcə İsraili yox, bütün Yaxın Şərqi oda atıblar. Yaşamaq istəyiriksə, bu prosesə imkan verməməliyik", - general bildirib.
Borrel: "Müharibə Livana sıçrayır"

Brik, əlbəttə, təkcə İsrail-HƏMAS müharibəsini yox, İsrailin son aylarda Livana, eləcə Suriyaya (məsələn, Dəməşqdəki İran konsulluğuna hücum) qarşı hücumlarını nəzərə çatdırır. Çünki İsrail-Livan toqquşmaları nəticəsində Yaxın Şərqdə ikinci müharibə cəbhəsinin açılması riski həm regional, həm də Avropa liderlərini ciddi təşvişə salıb.

Digər tərəfdən, "Hizbullah"ın himayədarı İran isə "əgər İsrail bu təşkilata qarşı genişmiqyaslı müharibəyə başlayarsa, ona dəstək verəcəyini" xatırladıb.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İsrail   Livan   Hizbullah   Yaxın-Şərq  





Xəbər lenti