İsraildə ticarət mərkəzində insident baş verib - FOTO/VİDEO

   İsraildə ticarət mərkəzində insident baş verib -    FOTO/VİDEO
  03 İyul 2024    Oxunub:882
İsrailin şimalında yerləşən Karmiel şəhərindəki ticarət mərkəzinə naməlum şəxsin bıçaqla hücumu nəticəsində 3 nəfər yaralanıb.
AzVision.az xəbər verir ki, bu barədə ölkənin milli təcili tibbi yardım xidməti "Magen David Adom" məlumat yayıb.

Bildirilir ki, yaralanan şəxslərdən birinin vəziyyəti ağırdır.

Hücumçu İsrail polisinin atəşi nəticəsində öldürülüb. Hazırda onun məqsədi və hadisənin terror mahiyyət daşıyıb-daşımadığı araşdırılır.




Firudin Həmidli
AzVision.az


Teqlər: İsrail   hadisə   hücum  





Xəbər lenti