Gömrükçülər külli miqdarda narkotik aşkarlayıblar

Gömrükçülər külli miqdarda narkotik aşkarlayıblar
  03 İyul 2024    Oxunub:941
Dövlət Gömrük Komitəsinin (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda narkotik vasitənin tranzit yolla Azərbaycan ərazisindən keçirilməsinin qarşısını alıb.
AzVision.az DGK-ya istinadən xəbər verir ki, komitənin Baş İdarənin Gömrük risklərinin idarəolunması şöbəsindən daxil olan məlumat əsasında Azərbaycandan tranzit keçməklə Pakistandan Böyük Britaniyaya daşınan 53 yerdən ibarət irihəcmli bağlamalara “Alfa” ləqəbli kinoloji xidməti itinin tətbiqi ilə yoxlama həyata keçirilib.

Xidməti itin reaksiyasına əsasən sözügedən bağlamalar rentgen qurğusundan keçirilərkən monitorda 3 ədəd bağlamada şübhəli cizgilərin olduğu müşahidə edilib. Fiziki yoxlama zamanı həmin bağlamalardakı 30 cüt (60 ədəd) qara rəngli kişi ayaq geyimi olan səndəllərin alt hissəsində malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə gömrük nəzarətindən gizlədilmiş şəffaf rəngli sellofana bükülü, qəhvəyi rəngli, qablaşdırmaları ilə birlikdə çəkisi 6 356 qram narkotik vasitə-həşiş qətranı aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.
AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti